Ermənistanda yaşı 27-37 arasında olan 22 nəfər 15 milyon dram ödəməklə hərbi xidmətdən azad edilib

2018/12/15041-1545914415.jpg
Oxunub: 262     20:25     20 İyun 2024    
Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyanın müəllifi olduğu qanunla 27 yaşı tamam olmuş və məcburi hərbi xidmət keçməmiş şəxsləri cinayət təqibindən azad etmək, əvəzində xidmət keçmək və ya hərbi xidmətdən azad olma üçün müvafiq ödəniş etmək təklif edilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Sarkisyanın müəllifi olduğu qanun axtarışda olan 27-37 yaş arası vətəndaşlara aşağıdakı üsullarla cinayət təqibindən azad olmaq və hərbi xidmət keçmək imkanı verir:

1) 24 ay müddətinə,
2) 12 ay müddətinə və dövlət büdcəsinə 2,5 milyon dram ödəməklə,
3) 6 ay müddətinə və dövlət büdcəsinə 5 milyon dram ödəməklə,
4) 1 ay müddətinə və dövlət büdcəsinə 10 milyon dram ödəməklə,
5) hərbi xidmət əvəzinə dövlət büdcəsinə 15 milyon dram ödəməklə.

Nəşr 27 yaşı tamam olan neçə nəfərin Ermənistan Müdafiə Nazirliyinə müraciət etdiyini, müvafiq məbləği ödədiyini və məcburi hərbi xidmət illərinin müddətlərinin qısaltdığını öyrənmək üçün Müdafiə Nazirliyinə müraciət edib.

Ermənistan MN cavabında qeyd edib ki, qanuna zidd olaraq məcburi hərbi və ya alternativ xidmət keçməyən, yaşı 27-dən yuxarı olan 22 şəxs Ermənistanın dövlət büdcəsinə 15 milyon dram ödəyib.

Ermənistan MN vurğulayıb ki, bənzər statusa malik daha 2 şəxs tərəfindən 1 ay müddətində məcburi hərbi xidmətə çağırılmaq şərti ilə Ermənistanın dövlət büdcəsinə 8 milyon dram məbləğində vəsait ödənilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin