Yeni Avrasiya təhlükəsizlik sistemində regionun rolu və transformasiya məsələləri

2024/06/1718871477.jpg
Oxunub: 292     12:29     20 İyun 2024    
“Yeni Avrasiya təhlükəsizlik sistemi, yeni arxitektura ilə bağlı ikitərəfli və çoxtərəfli müzakirələrin vaxtı çatıb”. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə bildirib.

Putin qeyd edib ki, bu müzakirələrə NATO üzvü olan Avropa ölkələri də daxil ola bilər, çünki söhbət ümumi Avrasiya məkanından gedir: “Bu bəyanata müxtəlif cür yanaşmaq olar, lakin bu, diqqətəlayiqdir, çünki Moskva ilk dəfədir ki, Avrasiyanın yeni təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin gündəmini yüksək səviyyədə ortaya qoyur”.

İllər ərzində dəfələrlə bu barədə danışmağa və yazmağa fürsətimiz olub. Məhz bu kontekstdə bir çox ölkələr Rusiya ilə böhran və təhlükəsizlik münasibətlərinin gələcək transformasiyası məsələlərini nəzərdən keçirir. Təbii ki, təhlükəsizlik arxitekturasına dair müşahidələr və müzakirələr çökən sistemlər əsasında deyil, mümkün dünya nizamı perspektivləri, ssenariləri, təqdim olunan, irəli sürülən gündəmlər əsasında qurulmalıdır.

Avropa və Asiya təhlükəsizlik sistemlərinin uyğunlaşdırılmasının “körpü” rolunu nəzərə alsaq, regional təhlükəsizlik arxitekturasının gündəliyinin daha da inkişaf etdiriləcəyinin qaçılmaz olduğunu görərik. Bu müzakirələr qaçılmazdır, qlobal transformasiyalar bunların obyektiv zərurətini doğurur. Putin öz niyyətini və ya istəyini ifadə etmir, mahiyyət etibarı ilə cərəyan edən dünya reallıqlarından irəli gələn zərurətə cavab vermək məsələsini gündəmə gətirir.

Bu problem praktiki olaraq bütün Avrasiya regionu ölkələrinin qarşısındadır və burada hansı ölkənin bu cür müzakirələrə daha çox hazır olması vacib olacaq. Üstəlik, söhbət hərtərəfli hazırlıqdan, yəni təkcə dövlət siyasəti mənasında deyil, həm də siyasi düşüncə mənasında hazırlıqdan gedir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Avrasiya  


Bizi "telegram"da izləyin