Erməni ekspert: “Ermənistan KTMT-də qalıb-qalmamaq kimi konkret sual qarşısında qalacaq”

2024/06/1718869983.jpg
Oxunub: 137     12:38     21 İyun 2024    
“Hakimiyyət anlayır ki, KTMT elə strukturdur ki, ondan çıxırsansa, bloklara qoşulmayan ölkəyə çevrilirsən”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Davit Karapetyan deyib.

Onun sözlərinə görə, Ermənistan başqa risklərlə üzləşəcək, çünki hal-hazırda qollarını açıb qəbul edəcək və təhlükəsizliyi təmin edəcək alternativ hərbi-siyasi ittifaq yoxdur.

“Əlbəttə, KTMT mükəmməl işləmir. Hakimiyyət sadəcə vaxt itirir və KTMT-dən Ermənistanın dövlət sərhədinin nədən ibarət olması ilə bağlı dəqiq ifadə almağa çalışır. “Dondurulmuş” status da uzun sürməyəcək, elə bir məqam gələcək ki, o mesaj bəyanata dəqiq cavab verilməsə, Ermənistan KTMT-də qalıb-qalmamaq kimi konkret sual qarşısında qalacaq”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin