“İravunk”: Bununla Ermənistan müstəqil dövlətçiliyini itirmək prosesini qanuniləşdirəcək

2024/06/1718869665.jpg
Oxunub: 160     12:45     21 İyun 2024    
Ermənistan parlamentində anti-Rusiya qüvvələrinin iştirakı ilə dinləmə keçirilib və orada onların Ermənistanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı referendum keçirilməsi təklifi müzakirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan parlamentinin sədri Alen Simonyan da bu təklifi maraqlı və tələb olunan adlandırıb.

“Aydın məsələdir ki, hətta referendum keçirilsə və vətəndaşların əksəriyyəti Aİ-yə daxil olmağın tərəfdarı olsa belə, Ermənistan heç vaxt orada görünməyəcək, lakin bununla Ermənistan müstəqil dövlətçiliyini itirmək prosesini qanuniləşdirəcək”, - deyə “Luys” mərkəzinin rəhbəri Hayk Ayvazyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin