Polşa öz ərazisində “Patriot” batareyası istehsal edən müəssisənin yaradıldığını elan edib

2024/06/2024--1718867419.jpg
Oxunub: 256     15:59     20 İyun 2024    
Polşa ölkənin şərqində “Patriot” raket batareyası zavodunun açılışını edib.

Ordu.az xəbər verir ki, Polşanın dövlət müdafiə müəssisəsi olan “Polish Armaments Group”un bölməsi olan “Military Aviation Works” ölkənin şərqində “Patriot” raket buraxılış batareyası obyektinin açılışını edib.

Məlumata görə, həm ABŞ hökuməti, həm də “Lockheed Martin” komponentlərin kommersiya istehsalı üçün obyekti təsdiqləyib.

Obyekt Polşa hökuməti ilə “Lockheed Martin” arasında 4,75 milyard dollar dəyərində “Wisla” proqramı üçün “offset” razılaşmasının bir hissəsi kimi həyata keçirilib.

Çoxmərhələli proqram çərçivəsində 2018-ci ildə birdən çox “Patriot” hava və raketdən müdafiə sisteminin alınmasına qərar verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Patriot  


Bizi "telegram"da izləyin