“Sarsılmaz” Avropanın silah sənayesinə yön verir

2024/06/2024--1718865860.jpg
Oxunub: 201     15:43     20 İyun 2024    
Avropanın ən böyük silah istehsalçılarından biri olan “Sarsılmaz” qlobal sənayenin ən mühüm sərgilərində iştirak edərək, ən son texnologiya ilə istehsal etdiyi məhsullarını tanıtmağa davam edir.

Ordu.az xəbər verir ki, “Sarsılmaz” 17-21 iyun 2024-cü il tarixləri arasında Fransada keçirilən “Eurosatory 2024” sərgisində iddialı məhsul çeşidi ilə iştirak edir.

Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirilən və istehsal edilən ən böyük çaplı silahı olan SAR 12.7 MT sərgidə “Sarsılmaz”ın bayraqdarı kimi çıxış edir.

Beləliklə, “Sarsılmaz” öz sahəsində klassiklər arasında yer alan yeni nəsil “SAR-9 Gen 3” ilə sektorda iddiasını ortaya qoyub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   Avropa  


Bizi "telegram"da izləyin