Sonuncu “Saab 340” AEW&C təyyarəsi Polşaya təhvil verilib

2024/06/2024--1718865658.jpg
Oxunub: 220     15:08     20 İyun 2024    
Polşanın İsveçdən aldığı “Saab 340” Erkən Xəbərdarlıq və İdarəetmə Təyyarəsinin ikincisi ölkəyə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın Stokholmdakı səfirliyi “X” sosial şəbəkəsində bildirib.

“Polşa ordusu üçün təmin edilən İsveç “Saab 340” AEW Erkən Xəbərdarlıq Təyyarəsinin ikincisi bu həftə Qdinyadakı bazaya endi. Bir sıra ekipaj təlimlərindən sonra təyyarələr Polşa səmasında uçaraq, regionumuzun və NATO-nun bütün şərq cinahının təhlükəsizliyini qoruyacaq”, - deyə paylaşımda qeyd olunub.

İlk “Saab 340” AEW təyyarəsi bu ilin mart ayında Polşaya çatdırılıb. Ölkəyə çatan “Saab 340” AEW təyyarəsi Qdinyadakı aviabazaya yerləşdirilib.

Rəsmi mərasim İsveç müdafiə naziri Pol Yonsonun 4 mart 2024-cü il tarixli səfəri ilə üst-üstə düşüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab-340   AEW&C   Polşa  


Bizi "telegram"da izləyin