Gövdəyə Quraşdırılmış Sonar Sistemi “Fersah”ın ilk ixracı həyata keçirilib

2024/06/2024--1718865180.jpg
Oxunub: 297     18:11     21 İyun 2024    
ASELSAN Asiya və Yaxın Şərqdə yerləşən müştərilərinin son istifadəsi üçün Radioelektron Mübarizə (REM), radar, sonar sistemləri və tuşlama dəstləri də daxil olmaqla, müdafiə sistemlərinin ixracı üçün 79 milyon 277 min 900 dollar dəyərində xarici satış müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu müqavilələr çərçivəsində ilk dəfə olaraq sualtı qayıqlara qarşı mübarizə üçün “Fersah” 100-N/MF Gövdəyə Quraşdırılmış Sonar Sisteminin ixracı həyata keçiriləcək.

Şirkətin yeni iş müqaviləsi ilə bağlı açıqlaması Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc edilib.

ASELSAN “Fersah” Gövdəyə Quraşdırılmış DSH Sonarı orta tezlik diapazonunda aktiv/passiv fəaliyyət göstərən sonardır və onun əsas vəzifəsi Sualtı Qayıq Əleyhinə Mübarizə (DSH) ehtiyaclarını qarşılamaqdır.

DSH-dən əlavə, sistem minaya bənzər obyektdən yayınma rejiminə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Fersah  


Bizi "telegram"da izləyin