BMC Parisdə keçirilən “Eurosatory 2024”də hərbi vasitələrini nümayiş etdirir

2024/06/IFV-A-1718863105.jpg
Oxunub: 301     14:44     20 İyun 2024    
Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən və mobil ağır silah sistemləri üçün etibarlı həll təmin edən yerli 8X8 hərbi vasitə platforması ilk dəfə xaricdə ortaya çıxıb.

Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı ticarət və hərbi vasitə istehsalçılarından biri olan BMC Fransanın paytaxtı Parisdə keçirilən, Avropanın ən böyük və dünyanın aparıcı müdafiə sənayesi sərgisi olan “Eurosatory 2024”də hərbi vasitələrini nümayiş etdirir.

Türkiyə müdafiə sənayesinin “quru platforması ixracat çempionu” olaraq sərgidə yerini alan BMC “Eurosatory 2024” minaya qarşı qorumalı vasitə “Kirpi”nin müstəqil asqı və son texnologiya ilə təchiz edilərək təkmilləşdirilmiş versiyası “Kirpi II”, modulyar tavan konsepsiyası ilə tək platformada çoxlu missiya qabiliyyəti təmin edən “Altuğ” 8x8, yenilənən dizaynı və yüksək manevr qabiliyyəti ilə “Amazon” 4x4, güclü mühərrik və yüksək çəkmə gücü ilə önə çıxan 8x8 hərbi vasitələrini təqdim edib.

BMC daxilində güc qrupları inkişaf etdirən “BMC Power” isə türkiyəli mühəndislər tərəfindən hazırlanmış 400 at gücündə “Tuna”, dəniz platformaları üçün nəzərdə tutulmuş 600 at gücündə “Levend” dəniz mühərriki və 1000 at gücündə “Utku” ilə sərgidə yerini alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMC   Paris   Eurosatory-2024  


Bizi "telegram"da izləyin