Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

2023/12/1702369994.jpg
Oxunub: 265     20:14     19 İyun 2024    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

Ordu.az xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan Armenpress-ə açıqlaması zamanı nazir Mirzoyanın KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   KTMT  


Bizi "telegram"da izləyin