Səfir: "Avropa İttifaqı Gürcüstanla münasibətlərin ən çətin dövrünü yaşayır"

2024/06/456-1718797340.jpg
Oxunub: 262     14:46     19 İyun 2024    
Avropa İttifaqı (Aİ) Gürcüstanla münasibətlərin ən çətin dövrünü yaşayır.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

“Biz dəfələrlə demişik ki, “Xarici agentlər haqqında" qanun Gürcüstanın Avropa istəklərinə pis təsir edəcək. Aİ gələn həftə bu mövzunu əvvəlcə xarici işlər nazirləri səviyyəsində, bir neçə gün sonra isə liderlər səviyyəsində müzakirə edəcək. Bu qanuna cavab olaraq hansı tədbirləri görəcəyimizə prezidentlər və baş nazirlər qərar verəcək”, - deyə, səfir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin