Vladimir Putin: "Şimali Koreyaya qarşı müddətsiz sanksiya rejiminə yenidən baxılmalıdır"

2024/06/40df1-1718361256.jpg
Oxunub: 293     13:37     19 İyun 2024    
“Həm Rusiya, həm də KXDR şantaj və diktatura dilini qəbul etmir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla danışıqlardan sonra verdiyi bəyanatda bildirib.

Rusiya dövlət başçısı qeyd edib ki, KXDR-ə qarşı müddətsiz məhdudlaşdırıcı rejimə yenidən baxılmalıdır.

Putin Rusiya və Şimali Koreyanın Qərbin sanksiyalarına qarşı dayanmağa davam edəcəyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   KXDR  


Bizi "telegram"da izləyin