Yalçın Rəfiyev: "COP29 komandası iyulda iqlim dəyişikliyi ilə mübarizə mövzusunda seminar keçirəcək"

2024/06/17145-1718786216.jpg
Oxunub: 285     12:17     19 İyun 2024    
Dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkməkdə davam edir.

Ordu.az-ın məlumatına görə, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

O qeyd edib ki, dünya ictimaiyyəti havanın temperaturunun 1,5 dərəcəyə qədər yüksəlməsi ilə bağlı Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmir: “Statistikaya nəzər salsaq, görərik ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2023-cü il müşahidələr dövründə ən isti il ​​olub”.

Y.Rəfiyevin sözlərinə görə, COP29 komandası tərəfləri daha qeyri-rəsmi şəraitdə toplamaq və iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etmək məqsədilə iyulun ikinci yarısında Azərbaycanda seminar təşkil etmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Bakı  


Bizi "telegram"da izləyin