Mark Rutte NATO-nun rəhbəri vəzifəsinə keçmək ərəfəsindədir

2024/06/17187-1718784089.jpg
Oxunub: 268     11:51     19 İyun 2024    
Macarıstan və Slovakiya Mark Ruttenin NATO-nun növbəti Baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Macarıstanın Baş naziri Viktor Orban, indiyə qədər hollandiyalı həmkarı Mark Ruttenin NATO rəhbəri təyin edilməsinə qarşı idi, nəhayət, lazımi zəmanətləri aldıqdan sonra onun namizədliyini dəstəkləmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, Birləşmiş Ştatlar da daxil olmaqla, NATO üzvlərinin əksəriyyətinin dəstəyini aldıqdan sonra Mark Ruttenin ilin sonuna qədər bu təşkilatın baş katibi postunda Norveçdən olan Yens Stoltenberqi əvəz edəcəyi gözlənilir.

“Düşünürəm ki, Alyans daxilində bir qərara yaxınlaşdığımız aydındır. Bu, mənim fikrimcə, yaxşı xəbərdir”, – deyə Yens Stoltenberq Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransı zamanı söyləyib.

“Mark Rutte təsdiqləyib ki, o, bu vəzifəyə gələrsə, Macarıstan Şimali Atlantika Alyansının Ukraynadakı fəaliyyətlərində iştirak etməyə məcbur olmayacaq və bu öhdəliyi nəzərə alaraq, Macarıstan onu dəstəkləməyə hazırdır”, - deyə Viktor Orban bildirib. Budapeştdən gələn bu yaşıl işıq Mark Ruttenin mandatı oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə keçməsinə yol açıb.

Hələ qərarını rəsmi deməmiş Slovakiya da yaşıl işıq yandırıb. Belə ki, Slovakiya Prezidenti Peter Pelleqrini də Mark Ruttenin namizədliyini dəstəklədiyini açıqlayıb.

Sabiq prezident Klaus İohannisin timsalında namizədini təqdim edən Rumıniya dəstəyini bildirməyən sonuncu üzvdür.

Türkiyə hələ aprel ayında razılaşmanı açıqlamışdı. Klaus İohannisə gəlincə, o, NATO diplomatlarının fikrincə, tezliklə yarışdan çıxdığını elan etməlidir, Rumıniya isə hələlik səssizdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mark-Rutte   NATO  


Bizi "telegram"da izləyin