Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb - YENİLƏNİB

2024/06/928a1-1718782629.jpg
Oxunub: 426     13:30     19 İyun 2024    
Rusiya və KXDR ölkə liderləri Vladimir Putin və Kim Çen Inın iştirakı ilə keçirilən Rusiya-Koreya danışıqlarının yekunlarına əsasən, hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, yeni sənəd beynəlxalq hüququn bütün fundamental prinsiplərinə uyğun olacaq, heç bir qarşıdurma xarakteri daşımayacaq və heç bir ölkəyə qarşı yönəlməyəcək, əksinə, Şimal-Şərqi Asiya regionunda daha böyük sabitliyin təmin edilməsinə yönələcək.

****

Şimali Koreya Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In iyunun 19-dən ölkədə səfərdə olan Rusiya Prezidenti Vladimir Putinlə Pxenyanda keçirilən görüşü zamanı bildirib.

Liderlərin nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə apardıqları danışıqlar 1,5 saatdan çox çəkib.

İki liderin qısa giriş açıqlamalarından sonra görüş mətbuata qapalı şəkildə bağlı qapılar arxasında davam edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KXDR  


Bizi "telegram"da izləyin