ÜST-nin Baş direktoru: İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər

2024/06/17186-1718782018.jpg
Oxunub: 280     11:23     19 İyun 2024    
Milyonlarla insan havanın temperaturunun artımından və quraqlıqdan əziyyət çəkir.

Ordu.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşün iştirakçılarına videomüraciətində deyib.

“İqlim dəyişikliyi səhiyyə üçün çağırışdır. İqlimlə bağlı humanitar fövqəladə halların miqyası artır. İqlim dəyişikliyi malyariya kimi xəstəliklərin yayılmasına kömək edir”, - ÜST rəhbəri bildirib.

O qeyd edib ki, iqlimlə bağlı tədbirlər hər il milyonlarla insanın həyatını xilas edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÜST   COP29  


Bizi "telegram"da izləyin