Ekvadorun keçmiş xarici işlər naziri: "Biz Azərbaycanın COP29-a sədrliyinə etimad göstəririk"

2024/06/20190-1718779036.jpg
Oxunub: 278     10:31     19 İyun 2024    
Biz Azərbaycanın COP29-a sədrliyinə etimad göstəririk.

Ordu.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri, Ekvadorun keçmiş xarici işlər (2017-2018) və müdafiə naziri (2012-2014) Maria Fernanda Espinosa Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantında deyib.

O bildirib ki, COP29-un uğuru iqlim dəyişikliyinin nəticələrinin qələbəsi, planetin qələbəsi olacaq: "Biz bu konfransın uğurlu nəticələrə, vizyona sahib olması üçün öhdəliyə sahibik. Biz bu gün iqlim dəyişikliyi ilə bağlı intelektual müzakirələr üçün, öyrənmək və təcürbəmizi bölüşmək üçün buradayıq. Bu konfransın uğuru yalnız Azərbaycanın uğuru olmayacaq, bu, tərəflər, ölkələr arasında etimad, etibar yaradacaq, çoqütblü dünyada legitimlik təmin edəcək. Biz Azərbaycanın ev sahibliyinə, sədrliyinə etimad göstəririk".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   COP29   Ekvador  


Bizi "telegram"da izləyin