ABŞ Ukrayna böhranının həllində Rusiyanın iştirakının vacibliyini qəbul edir

2024/06/66723-1718773189.jpg
Oxunub: 261     08:59     19 İyun 2024    
İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh konfransını Rusiyanın iştirak etməməsi səbəbilə danışıq saymaq olmaz

Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

O vurğulayıb ki, münaqişənin həlli üçün hər iki tərəfin iştirakı labüddür. Bununla belə, diplomatın sözlərinə görə, Moskva Ukrayna münaqişəsi ilə bağlı danışıqlara başlamaq istəyini nümayiş etdirməyib.

Qeyd edək ki, bundan əvvəl İsveçrə xarici işlər nazirinin keçmiş müavini Georges Martin Ukrayna üzrə İsveçrə sammitini faydasız adlandırmışdı, çünki orada sülhdən söhbət getmirdi. Diplomatın sözlərinə görə, konfrans Rusiyanın iştirakı olmadan keçirildiyi üçün heç bir mənası yox idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin