İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib

2024/06/aab26-1718773136.jpg
Oxunub: 308     05:50     19 İyun 2024    
İsveç parlamenti ABŞ ilə müdafiə sazişinin təsdiqinə səs verib.

Ordu.az xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Keçən ilin dekabrında imzalanmış sənədə uyğun olaraq, Stokholm Vaşinqtona bütün İsveçin 17 məntəqəsindəki təlim poliqonlarına, hərbi düşərgələrə, limanlara, hava bazalarına və hava limanlarına çıxış təmin edəcək.

Parlamentin 266 üzvü (Riksdaq) sazişin lehinə, 37-si əleyhinə səs verib, 46-sı isə iştirak etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   ABŞ  


Bizi "telegram"da izləyin