Zaxarova Avropa ölkələrinin ABŞ-dan tam asılı vəziyyətdə olduğunu deyib

2023/08/1690973016.jpg
Oxunub: 261     04:45     19 İyun 2024    
Avropa ölkələri ABŞ-dan tam asılı vəziyyətdədir ki, bu da bu ölkələr üçün ən böyük problemdir.

Ordu.az xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz “Telegram” kanalında səsləndirib.

O, mövcud vəziyyəti “Roma xalqının dostu” mənasını verən qədim Roma termini “amicus populi Romani” ilə müqayisə edib; Dövlətlər öz suverenliklərindən imtina edərək Romadan tamamilə asılı olurdular, lakin özlərini Romanın dostu adlandıra bilirdilər.

“Bu gün “Amerikalı dostlar” siyahısı kifayət qədər böyükdür. Bu, öz vətəndaşlarını düşünməyən, okeanın o birir tayından onlara diktə edilmiş əmrləri yerinə yetirənlərin hamısınının düşdüyü vəziyyətdir. Avropalıların ən böyük bədbəxtliyi də məhz budur. Amma Rusiya və onun xalqı belə deyil” – deyə Zaxarova bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Avropa   ABŞ  


Bizi "telegram"da izləyin