Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

2023/10/1696831864.jpg
Oxunub: 378     18:27     16 İyun 2024    
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 37,3 mini keçib, daha 85,3 mini isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında təqdim edib.

Departamentin hesabatında deyilir ki, ötən ilin oktyabrından bəri İsrailin Qəzzadakı əməliyyatları zamanı dünyasını dəyişənlərin sayı 37 337 nəfərə yüksəlib, daha 85 299 nəfər yaralanıb. Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail hərbçilərinin hərəkətləri nəticəsində 41 fələstinli ölüb, daha 102 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin