Zelenski: "Qərbin yardımı qələbə üçün yetərli deyil"

2024/06/1717737863.jpg
Oxunub: 418     18:24     16 İyun 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrindən əhəmiyyətli yardımlar gəldiyinə diqqət çəksə də, bunun Ukraynanın Rusiya ilə müharibədə qələbəsi üçün yetərli olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitindən sonra mətbuat konfransında deyib.

“Yardım var. Ciddi paketlər var. Qazanmaq üçün yetərlidirmi? Xeyr”, – o söyləyib.

Zelenski yardımın gecikdiyini də qeyd edib.

“Bu paketlər gücləndiriləcəkmi, biz hər gün bunun üzərində işləyirik”, – dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin