“Ölkəmiz çətin vəziyyətdədir”: Tramp amerikalılara üçüncü dünya müharibəsindən söz açıb

2024/03/1710134138.jpg
Oxunub: 368     17:16     16 İyun 2024    
ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə seçicilərini üçüncü dünya müharibəsi ilə qorxudub.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Detroitdə ABŞ-ın Turning Point kampaniyası tədbirində çıxışı zamanı deyib.

Beləliklə, o, bir daha bəyan edib ki, Vaşinqton yeni dünya münaqişəsinə cəlb olunmaq riski daşıyır: “Ölkəmizi xilas etmək lazımdır”.

"Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ölkəmiz problem içindədir. Üçüncü dünya müharibəsinin real ehtimalı var", - Tramp deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin