Norveç Ukraynanın enerji sisteminin təmiri üçün 100 milyon dollar ayıracaq

2024/04/1714192411.jpg
Oxunub: 392     14:41     16 İyun 2024    
Norveç hakimiyyəti qış gələnə qədər Ukraynaya enerji sistemini bərpa etmək və elektrik enerjisi ilə təmin etmək üçün 103 milyon dollar göndərəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Qərb KİV-ləri Norveçin baş naziri Yonas Qar Störeyə istinadən bildirib.

"Biz bu vəsaitlərdən ən səmərəli şəkildə necə istifadə etmək barədə Ukrayna ilə sıx əlaqə saxlayırıq", - deyə o qeyd edib.

Baş nazir vurğulayıb ki, qışa qədər bərpa işlərinə başlanmalıdır. Eyni zamanda, Xarkov vilayətində təmirə 11,2 milyon dollar xərclənəcək; bir neçə yerdə günəş panellərinin quraşdırılması nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin