Türkiyədə beş nəfəri öldürən Suriya vətəndaşı intihar edib

2024/06/1718519560.jpg
Oxunub: 354     10:28     16 İyun 2024    
Türkiyədə beş nəfəri öldürən Suriya vətəndaşı intihar edib.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.

İddiaya görə, psixoloji problemləri olan H. Mustafa adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, sonra isə evdə dörd nəfəri tapança ilə güllələyərək öldürüb.

İki nəfəri yaralayan cinayətkar hadisə yerindən qaçıb. Polis tərəfindən təqib edilən H. Mustafa baş nahiyəsinə atəş açaraq intihar edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin