İsrail ordusu Qəzza zolağınında humanitar məqsədlər üçün döyüşlərin dayandırıldığını elan edib

2024/06/1718517295.jpg
Oxunub: 333     09:40     16 İyun 2024    
İsrail Müdafiə Qüvvələri (IDF) humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda hər gün səhər yerli saatla 08:00-dan 19:00-a döyüş əməliyyatlarında taktiki fasilə tətbiq edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir.

İsrail Müdafiə Qüvvələri və Fələstin Ərazilərində Hökumətin Fəaliyyətlərinin Koordinasiyası Ofisindən Qəzza zolağına humanitar yardımın həcminin artırılması istiqamətində davam edən səylərin bir hissəsi olaraq və BMT və beynəlxalq təşkilatlarla əlavə müzakirələrdən sonra hər gün saat 08:00-dan 19:00-dək humanitar məqsədlər üçün növbəti bildirişə qədər döyüş əməliyyatlarında lokal taktiki pauza tətbiq olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, fasilə Kerem Şalom keçid məntəqəsindən Salah əd-Din magistralına və daha da şimala gedən marşruta şamil edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin