Tramp ABŞ-ın üçüncü dünya müharibəsindən xilas edilməli olduğunu deyib

2024/06/1718514222.jpg
Oxunub: 277     01:14     16 İyun 2024    
ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Birləşmiş Ştatlar yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski ilə qarşı-qarşıyadır.

Ordu.az xəbər verir ki, Tramp Miçiqan ştatının Detroit şəhərində xalqın qarşısında çıxışı zamanı "Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ölkəmiz problem içindədir. Üçüncü dünya müharibəsinin başlamaq ehtimalı var" deyib.

Bundan əvvəl də Tramp “Impaulsive” YouTube kanalına müsahibəsində bildirmişdi ki, 2016-cı ildə prezident seçkilərində o deyil sabiq dövlət katibi Hillari Klinton seçilsəydi ABŞ Şimali Koreya ilə nüvə münaqişəsinə cəlb olunacaqdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin