Pakistan hökuməti İmran Xanın bəraət verilməsinə rəsmi etiraz edib

2019/09/AR-19-1567832438.jpg
Oxunub: 177     22:12     13 İyun 2024    
Pakistan hökuməti keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin dövlət sirri haqqında qanunu pozması işi üzrə bəraət almasına Ali Məhkəmədə etiraz edib.

Ordu.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

“İslamabad Ali Məhkəməsinin (IHC) Xan və Qureşi barəsində hökmləri ləğv etmək qərarı yanlış, özbaşına idi və Federal Təhqiqat Agentliyinin təqdim etdiyi, təqsirləndirilən şəxslərin təkzibedilməz təqsirini sübut edən ittiham aktı materiallarına uyğun gəlmir”, - qəzet Pakistan Daxili İşlər Nazirliyi tərəfindən ölkənin ən yüksək məhkəmə instansiyasına göndərilən apellyasiya şikayətinin mətnindən sitat gətirib.

Sənədə əsasən, məhkəmə Xan və Qureşiyə bəraət qazandırmaq qərarına gələrkən milli təhlükəsizlik maraqlarını nəzərə almayıb. Apellyasiya şikayətində deyilir ki, prosesdə təqsirləndirilən şəxslər əməkdaşlıqdan imtina edərək, ittihamlara baxılmasını yubatmaq və ədalət mühakiməsinə mane olmaq üçün hər cür səy göstəriblər.

Xatırladaq ki, iyunun əvvəlində IHC İmran Xan və Şah Mahmud Qureşiyə dövlət sirrini açıqlamaq ittihamı ürə bəraət qazandıraraq, yanvarda onlar barəsində qəbul edilmiş 10 illik həbs cəzası hökmlərini ləğv edib. Bununla belə, adıçəkilən siyasətçilər digər ittihamlar üzrə görə həbs cəzalarını çəkməyə davam edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İmran-Xan   Pakistan  


Bizi "telegram"da izləyin