BMT-nin 40 ölkəsi Yəməndə saxlanılan təşkilat əməkdaşlarının azad olunması üçün çağırış edib

2024/06/Ekran-1718300278.jpg
Oxunub: 174     21:02     13 İyun 2024    
BMT-yə üzv olan 40 ölkə Yəmənin şimalında husilər tərəfindən saxlanılan təşkilat əməkdaşlarını azad etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord BMT Nyu-Yorkdakı mənzil qərargahında ölkələr adından bəyanatla çıxış edib.

Diplomat təşkilat əməkdaşlarının saxlanılmasını şiddətlə qınadıqlarını və üzv ölkələrin saxlanılanların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdiyini deyib.

Xatırladaq ki, iyunun 8-də Yəmənin paytaxtı Səna və ölkənin şimalının böyük bir hissəsinə nəzarət edən husilər beynəlxalq təşkilatların əməkdaşlarının evlərinə və ofislərinə basqın edib, onların telefon və kompüterlərini ələ keçiriblər. Məlumata görə, saxlanılan 15 əməkdaş BMT-nin İnsan Hüquqları və Humanitar Məsələlər İdarəsində çalışırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Yəmən  


Bizi "telegram"da izləyin