Ərdoğan: "Ukraynada nizamlanma ancaq danışıqlar yolu ilə mümkündür"

2024/06/d1fed-1718291230.jpg
Oxunub: 203     18:15     13 İyun 2024    
Danışıqlar Ukraynadakı münaqişənin həllinin yeganə yoludur.

Ordu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekununda deyib.

“Rusiya-Ukrayna müharibəsi də gündəliyimizdə idi. Mən bir daha qeyd etdim ki, Ukraynada hərtərəfli sülh yalnız danışıqlar yolu ilə mümkündür. Biz Ukraynanın ərazi bütövlüyünün qorunması zərurəti ilə bağlı mövqeyimizi təsdiqlədik. Münaqişənin sülh yolu ilə həllinin vacibliyinə əmin olduğumuzu bildirdik”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Ukrayna  


Bizi "telegram"da izləyin