Rəsmi Moskva Vaşinqton və Londonu Rusiyaya qarşı genişmiqyaslı təxribat planlaşdırmaqda ittiham edib

2018/04/567567_1523532664.jpg
Oxunub: 137     17:15     13 İyun 2024    
Vaşinqton və London Kiyev üçün Rusiya Federasiyasına qarşı genişmiqyaslı təxribat planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, anqlosakslar açıq şəkildə Kiyev rejimini vəhşi terror aktları törətməyə təhrik edirlər.

"İndi Vaşinqton və London genişmiqyaslı təxribat planlaşdırır”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya  


Bizi "telegram"da izləyin