Qərbi Azərbaycana qayıdışla bağlı Buxarestdə forum baş tutub - FOTOLAR

2024/06/425c6-1718280733.jpg
Oxunub: 208     15:46     13 İyun 2024    
Rumıniyanın paytaxtı Buxarestdə Qərbi Azərbaycana qayıdışa həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” adlı Forum baş tutub.

Ordu.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Asossasiyasının rəsmi tərəfdaşlığı ilə keçirilən tədbirdə qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və müvafiq media təmsilçiləri bir araya gəliblər.

Tədbiri giriş sözü ilə açan "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İB-nin sədri Toğrul Allahverdili qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən T.Allahverdili bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb.

Azərbaycan-Türk Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə çıxışında heç nəyi gizlətməyin mümkün olmadığını deyərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən T.Rüstəmxanlı onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.

Rumıniya Amerikan Universitetinin rektoru Prof. Dr. Costel Negricea, Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Assosiasiyasının prezidenti Dr. Vasile Simileanu və Azərbaycan-Türk Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvü Tamam Məmmədova qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyada eşidilməsi və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında çıxış edərək, onların geri qayıtmasının mümkün olacağına inandıqlarını dilə gətiriblər.

Tədbirin rəsmi çıxışlarından sonra panel müzakirələri təşkil edilib.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.

Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.

Tədbirin rəsmi çıxışlarından sonra panel müzakirələri təşkil edilib.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.

Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qərbi-Azərbaycan   Qayıdış  


Bizi "telegram"da izləyin