Minskdən Paşinyana cavab: Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik

2024/06/1717661829.jpg
Oxunub: 219     15:44     13 İyun 2024    
Minsk Ermənistanın baş naziri Nikol Paşinyanın impulsiv açıqlamalarını sakitliklə qiymətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Belarus Respublikası Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır, qarşılıqlılıq prinsipinə əsaslanaraq, öz tərəfdaşları və müttəfiqlərindən də bənzər yanaşmalar gözləyir.

"Eyni zamanda, tərəfdaş və müttəfiq seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda “ya, yaxud” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik", - deyə Şpakovski qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Azərbaycan  


Bizi "telegram"da izləyin