Vladanka Andreyeva: "COP29-un uğurlu olması üçün Azərbaycana və maraqlı tərəflərə dəstəyimizi davam etdiririk"

2023/06/vlada-1686729098.jpg
Oxunub: 172     15:39     13 İyun 2024    
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədr seçiləndən bəri müxtəlif sektorlarda resursların əhəmiyyətli dərəcədə səfərbər edilməsi müşahidə olunur.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva UNFPA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunan “29 İqlim söhbətindən 10-cusu: COP29-a gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi COP29-un uğurlu olması üçün ölkəyə və maraqlı tərəflərə dəstəyini davam etdirir”, - o bildirib.

V.Andreyevanın sözlərinə görə, bugünkü tədbir çox vacibdir, çünki iqlim dəyişikliyi dünyada demoqrafik dinamikaya təsir göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Vladanka-Andreyeva  


Bizi "telegram"da izləyin