Britaniya Moskva Birjasına qarşı sanksiyalar tətbiq edib

2024/03/1711083593.jpg
Oxunub: 157     15:10     13 İyun 2024    
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Ordu.az xəbər verir ki, Londonun sanksiya siyahısında Moskva birjası da hədəf olub.

Britaniya yeni sanskiya siyahısına 40-dan çox Rusiya obyekti düşüb.

Qeyd edək ki, dünən ABŞ yeni anti-Rusiya sanksiyalarını açıqlayıb. Xüsusilə, Moskva Birjası və birjada valyuta əməliyyatlarında vasitəçi kimi çıxış edən Milli Klirinq Mərkəzi Vaşinqtonun bloklayıcı sanksiyaları altına düşüb. Sanksiyaların elanından sonra Moskva Birjası iyunun 13-də dollar və avro ilə ticarəti dayandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Sanksiya  


Bizi "telegram"da izləyin