Rusiyadan yola çıxan 3 gəmi və 1 nüvə sualtı qayığı Kubaya çatıb

2024/06/2024--1718266001.jpg
Oxunub: 212     16:00     13 İyun 2024    
Kuba hökuməti Rusiyadan yola çıxan 3 gəmi və 1 nüvə sualtı qayığının ölkədəki limana gəldiyini bildirib.

Ordu.az xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) iyunun 12-17-də paytaxt Havanadakı limanda lövbər salacağı qeyd edilib.

İki ölkə arasında tarixi dostluğu xatırladan açıqlamada rus dənizçilərin İnqilab Donanma Komandanlığına və Havana Qubernatorluğuna nəzakət ziyarəti edəcəyi bildirilib.

Rusiyanın donanma dəstəsi limana yaxınlaşdıqdan sonra İnqilabçı Silahlı Qüvvələr donanmanı San Karlos de La Kabana qalasından top atəşi ilə qarşılayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kuba  


Bizi "telegram"da izləyin