ABŞ ordusu Çinin Tayvana müdaxiləsinin qarşısını almaq üçün “cəhənnəm” planı hazırlayır

2024/06/2024--1718262739.jpg
Oxunub: 303     17:02     13 İyun 2024    
ABŞ ordusu Çini Tayvana müdaxilədən çəkindirmək üçün “cəhənnəm” planı hazırlayır.

Ordu.az xəbər verir ki, kod adı “Hellscape” olan ABŞ strategiyası xaos yaratmaq və tam cavab üçün vaxt qazanmaq məqsədilə Tayvan boğazında minlərlə insansız sualtı qayıq, gəmi və Pilotsuz Uçuş Aparatı (PUA) yerləşdirməyi nəzərdə tutur.

ABŞ-nin Hind-Sakit Okean Komandanlığının admiralı Samuel Paparo hesab edir ki, Çin Rusiyanın Ukraynadakı ilk planlarına bənzər şəkildə dünyaya bir “oldu-bitdi” təqdim etmək üçün sürətli qələbə istəyir.

Birləşmiş Ştatlar Ukraynanın yenilikçi PUA-lardan istifadəsini dərs alaraq, PUA sürülərinin yaradılması üçün “Replicator” proqramına 1 milyard dollar sərmayə qoyur.

Uzun müddətdir davam edən “strateji qeyri-müəyyənlik” siyasəti çərçivəsində Birləşmiş Ştatlar Çinin müdaxiləsi halında Tayvanı müdafiə edəcəyini heç vaxt öhdəsinə götürməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Tayvan  


Bizi "telegram"da izləyin