HAVELSAN-ın Döyüş İdarəetmə Sistemindən Malayziyanın korvetlərində istifadə olunacaq

2024/06/2024--1718262658.jpg
Oxunub: 181     16:45     13 İyun 2024    
HAVELSAN tərəfindən istehsal edilən Döyüş İdarəetmə Sistemi ADVENT və 76 mm-lik Top Atış İdarəetmə Sistemindən Malayziya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün istehsal olunacaq 3 korvetdə istifadə ediləcək.

Ordu.az xəbər verir ki, Malayziyanın müdafiə naziri Məhəmməd Xalid Nordinin Türkiyə proqramı çərçivəsində iyunun 10-da Türkiyə Müdafiə Sənayesi Komitəsində (MSK) “Littoral Mission Ship Batch-2” layihəsinin imzalanma mərasimi keçirilib.

Türkiyə ilə Malayziya arasında “Dövlətdən-Dövlətə Müdafiə Məhsullarının Satınalmasına dair Anlaşma Memorandumu” imzalanıb və STM tərəfindən inşa ediləcək 3 korvet üçün “Qəbul Məktubu” təqdim edilib.

STM-nin əsas podratçılığı altında inşa ediləcək korvetlər ASELSAN, HAVELSAN və ROKETSAN başda olmaqla, təxminən 50 şirkətin aparıcı sistemlərini əhatə edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   HAVELSAN  


Bizi "telegram"da izləyin