“Raytheon” ABŞ HDQ üçün AN/SPY-6 radarı istehsal edəcək

2024/06/Ekran-1718293498.jpg
Oxunub: 245     18:32     13 İyun 2024    
“Raytheon” ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün AN/SPY-6 radarı istehsal edəcək.

Ordu.az xəbər verir ki, “Raytheon” ABŞ HDQ üçün əlavə AN/SPY-6(V) radarlarının istehsalına davam etməklə bağlı müqavilə imzalayıb.

“Raytheon”un verdiyi açıqlamada bildirilib ki, əlavə AN/SPY-6 radarlarının istehsalı üçün ABŞ Müdafiə Nazirliyi ilə 677 milyon dollarlıq müqavilə imzalanıb.

Açıqlamada qeyd olunub ki, imzalanan müqavilə 2022-ci ildə imzalanmış, ümumi dəyəri 3,16 milyard dollar olan AN/SPY-6(V) istehsal müqaviləsinin tərkib hissəsidir.

İmzalanan müqavilə çərçivəsində ABŞ HDQ əlavə 7 radar alacaq və beləliklə, daha əvvəl imzalanmış müqavilələrlə birlikdə istehsal olunacaq radarların ümumi sayı 38-ə çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ   HDQ   AN/SPY-6  


Bizi "telegram"da izləyin