ABŞ ordusunda intihar halları döyüşdə ölənlərin sayından qat-qat çoxdur

2024/06/2024--1718262465.jpg
Oxunub: 253     15:47     13 İyun 2024    
Pentaqonun 2019-cu ildə bitən beş illik dövr üçün araşdırmasına görə, ABŞ hərbi qulluqçularının intihar nəticəsində ölmə ehtimalı düşmən atəşi nəticəsində ölmə ehtimalından təxminən 9 dəfə çoxdur.

Ordu.az xəbər verir ki, Müdafiə Səhiyyə Agentliyinin may ayında dərc etdiyi araşdırma 2014-2019-cu illər arasında aktiv xidmətdəki hərbi qulluqçular arasında intiharın əsas ölüm səbəbi olduğunu göstərib.

Bu müddət ərzində 883 intihar hadisəsi baş verib. Döyüşdə ölənlərin sayı isə 96 nəfərdir.

Əldə edilən rəqəmlərə görə, aktiv hərbi xidmətdə olan hərbi qulluqçular arasında intihar halları artıb. 2024-cü ildə indiyədək 55 hərbi qulluqçu intihar edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   İntihar  


Bizi "telegram"da izləyin