“Qarabağ münaqişəsi vəziyyətində KTMT daxili zəifliklərini və qeyri-müəyyənliklərini göstərdi” - Trenin

2024/06/dfsd-1718260736.jpg
Oxunub: 223     15:14     13 İyun 2024    
“Qarabağ münaqişəsi vəziyyətində KTMT daxili zəifliklərini və qeyri-müəyyənliklərini göstərdi ki, bu da vaxtilə həmin strukturun mövcudluğunun xeyrinə xidmət edirdi, sonra isə vəziyyət gərginləşəndə, “bütün parlaqlığı ilə” ortaya çıxdı”.

Ordu.az xəbər verir ki, bunu Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi rəhbəri, rusiyalı politoloq Dmitri Trenin deyib.

Onun sözlərinə görə, Rusiya KTMT çərçivəsində öz baxışını məcburi şəkildə tətbiq etmir.

Trenin qeyd edib ki, KTMT ölkələri Rusiya üçün ən vacib Ukrayna məsələsində neytral mövqe tutur.

“KTMT ölkələrindən heç biri, o cümlədən Belarus Krımın Rusiya Federasiyasının tərkibinə daxil olmasını tanımayıb. Bu, təbii ki, Rusiyanın xoşuna gəlmir, amma məcbur etmir”, - deyə rusiyalı politoloq bildirib.

Trenin vurğulayıb ki, əvvəldən bir çox insanlar KTMT-ni ya Varşava Müqaviləsi Paktının bir variantı, ya da NATO-ya cavab kimi qəbul edirdilər, amma əslində bu, o qədər də yaxşı araşdırılmış təşkilat deyil.

“Bu, birlik deyil, ittifaq deyil, bir çox məsələlərlə bağlı dəqiq müəyyən edilməmiş protokolları olan hərbi-siyasi birləşmədir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: usiya   KTMT   Qarabağ   Münaqişə  


Bizi "telegram"da izləyin