“Mülki müqavilə” fraksiyasının rəhbəri: “Qalstanyan və müxalifət ikinci 9 noyabrı təşkil etməyə cəhd etdilər”

2024/06/6669f-1718220656.jpg
Oxunub: 240     23:23     12 İyun 2024    
Baqrat Qalstanyan bu gün parlamentə hücum təşkil edib və parlamentdəki müxalifət onunla bu cinayətdə əlbir olub.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib.

“Parlamentə hücum 2020-ci il noyabrın 9-na keçən gecə, iğtişaşlar zamanı spiker Ararat Mirzoyanı öldürməyə cəhd edərkən baş verib. Bu gün Baqrat Qalstanyan və parlament müxalifəti dəhşətli terror aktı törətməyə və Ermənistanın dövlətçiliyinə son qoymağa çalışaraq ikinci 9 noyabrı təşkil etməyə cəhd ediblər. Bu gün Ermənistan Respublikasının hüquq-mühafizə orqanları terror aktının, yeni 27 oktyabrın - dövləti ələ keçirmək cəhdinin qarşısını alıb. Bu gün və bundan sonra parlament çoxluğu və Baş nazirin rəhbərlik etdiyi siyasi komandamız Ermənistanın müstəqilliyini və suverenliyini istənilən hücumlardan qoruyacaq”, - Hayk Konjoryan qeyd edib.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə deyib ki, bu gün polisə edilən hücumun əsas məsuliyyət II Qareginin üzərinə düşür.

“Tanrıya şükürlər olsun ki, Əla-Həzrətlərinin xeyir-duası ilə baş verən hücum tez və qanuni vasitələrlə dayandırıldı. Bütün yaralıların tez sağalmasını diləyirəm”, - Rubinyan vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalstanyan   Ermənistan  


Bizi "telegram"da izləyin