ABŞ-li səfir: "Çin Ukrayna-Rusiya müharibəsində tərəf seçib"

2024/06/Ekran-1718217280.jpg
Oxunub: 197     22:22     12 İyun 2024    
Çin Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsində tez-tez özünü bitərəf göstərməyə çalışır, lakin biz Çinin hazırda bu təcavüzkar müharibədə neytral olduğuna inanmırıq.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri xarici jurnalistlər üçün təşkil olunan onlayn brifinqdə deyib.

Amerikalı diplomat bildirib ki, ÇXR-dən Rusiyaya ikili məqsədlər üçün istifadə olunan mikroelektronika, digər elektron komponentlər, PUA sistemləri ötürülür.

"Məsələ ondan ibarətdir ki, Çin tərəf tutub və rəsmi Pekin bu ikili istifadə komponentlərinin təmin edilməsi yolu ilə Rusiyaya dəstək verməyi seçib. ÇXR bunu dayandırmaq qərarına gəlsə, biz inanırıq ki, bu, Rusiyanın Ukrayna daxilində quruda müharibə aparmaq qabiliyyətinə böyük təsir göstərəcək", - Culianna Smit bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin