Polşa Belarusla sərhəddə bufer zonanın yaradılacağı tarixi açıqlayıb

2024/05/6633c-1714673673.jpg
Oxunub: 177     21:04     12 İyun 2024    
Polşa hökuməti iyunun 13-dən etibarən Belarusla sərhəddə bufer zonada insanların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Tomaş Semonyakın imzaladığı və Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən sərəncamda deyilir.

Sənədə əsasən, məhdudiyyətlər Narevka, Dubiçi-Tserkevnı və Çeremşa sərhəd xidməti bölmələrinin məsuliyyəti zonasında 90 gün müddətində qüvvədə olacaq. Təbiət qoruqları ərazisində bufer zonanın dərinliyi 200 m-dən 2 km-ə qədər olacaq. Məhdudiyyətlər yaşayış məntəqələrində və turizm marşrutlarında tətbiq edilməyəcək.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk qeyri-qanuni miqrantların Polşa sərhədçiləri və hərbçilərinə qarşı hücumlarının sayının kəskin artması ilə əlaqədar Belarusla sərhəddə bufer zonanın yaradılmasına qərar verdiklərini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Belarus  


Bizi "telegram"da izləyin