Ermənistan DİN mitinq iştirakçılarını toqquşmalara səbəb olmamağa çağırıb

2024/06/81ccc-1718207127.jpg
Oxunub: 168     19:24     12 İyun 2024    
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanda parlament binası yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV nazirliyə istinadən məlumat yayıb.

“Bugünkü aksiya zamanı bəzi iştirakçılar Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində polisə butulka atıb, kordonu yarmaq istəyərkən isə polisin dəyənək və qalxanlarını götürüblər”, - məlumatda deyilir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları istənilən qanunsuz hərəkətin adekvat cinayət mühakiməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, daha əvvəl İrəvanda ölkənin baş nazir Nikol Paşinyanın çıxış etdiyi parlament binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olduğu barədə məlumat yayılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN  


Bizi "telegram"da izləyin