Zaxarova Vaşinqtonun yeni sanksiyalarına münasibət bildirib

2023/08/1690973016.jpg
Oxunub: 155     19:01     12 İyun 2024    
ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a Vaşinqtonun Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib.

“Həmişə olduğu kimi, Rusiya ABŞ-ın aqressiv hərəkətlərini cavabsız qoymayacaq”, - o deyib.

Qeyd edək ki, ABŞ Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Vaşinqton  


Bizi "telegram"da izləyin