Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə düzəliş edib

2023/06/1685953909.jpg
Oxunub: 186     18:38     12 İyun 2024    
“Baş nazir Nikol Paşinyan ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını yox, istədiyimiz vaxt bununla bağlı qərar verə biləcəyimizi deyib”.

Ordu.az-ın “tert.am”a istinadən xəbərinə görə, bu fikirləri parlamentdəki çıxışında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Kimsə Nikol Paşinyanın məhz bu kontekstdə çıxış etdiyini düşünürsə, yanılır. Bunu çox rahatlıqla isbatlamaq mümkündür. Baş nazir sadəcə onu deyib ki, ölkəmiz təşkilatın üzvlüyündən çıxmalı olsa, bir daha geri qayıtmayacaq”, – Mirzoyan fikirlərini belə yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Paşinyan  


Bizi "telegram"da izləyin