Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

2024/06/1718191346.jpg
Oxunub: 215     15:02     12 İyun 2024    
Xocalı aeroportunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb.

Ordu.az-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda bayrağın qaldırılması ilə bağlı görüntülər əksini tapıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Bayraq  


Bizi "telegram"da izləyin