İran PKK terror təşkilatına “yer-hava” raketləri verir

2024/06/2024--1718184621.jpg
Oxunub: 239     15:34     12 İyun 2024    
İranın bir müddət əvvəl PKK terror təşkilatına raket texnologiyası çatdırdığı iddia edilir.

Ordu.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Məlumata görə, İran yerli olaraq istehsal etdiyi “358 yer-hava raketləri”ni İraq üzərindən PKK terror təşkilatına çatdırır.

2024-cü ilin may ayında PKK terror təşkilatına yaxın qüvvələr tərəfindən Türkiyə Pilotsuz Uçuş Aparatının (PUA) vurulduğu iddia edilib.

“Middle East Eye”ın məlumatına görə, PUA-ların terror təşkilatı tərəfindən vurulmasını İranın verdiyi raketlər təmin edib.

Bundan əlavə, “358 yer-hava raketləri” kamikadze PUA-ları kimi də fəaliyyət göstərə bilər.

Mütəxəssislərdən ikisi onu da bildirib ki, bu raketlər nisbətən kiçik döyüş sursatlarıdır, ona görə də raket mühərriki olmadığı üçün görüntülərdə görünməyə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PKK   Terror   Raket  


Bizi "telegram"da izləyin