Filippin 2028-ci ilə qədər Yaponiyadan 5 böyük patrul gəmisi alacaq

2024/06/2024--1718177652.jpg
Oxunub: 189     15:00     12 İyun 2024    
Filippin milli sahil mühafizəsini gücləndirmək üçün 2028-ci ilə qədər Yaponiyadan 5 böyük patrul gəmisi alacaq.

Ordu.az xəbər verir ki, Çinin Hind-Sakit Okean regionunda artan nüfuzu qarşısında Yaponiya hökuməti həmfikir ölkələrə müdafiənin maliyyələşdirilməsini dəstəkləməyə davam edir.

Filippin Yaponiya ilə 2028-ci ilə qədər 5 böyük patrul gəmisinin tədarükünə dair müqavilə imzalayıb.

Razılaşma çərçivəsində 2028-ci ilə qədər Yaponiya istehsalı olan 97 metr uzunluğunda 5 sahil mühafizə gəmisi Filippin Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Bildirilib ki, gəmi tədarükü müqaviləsi Manila hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) arasında imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Yaponiya  


Bizi "telegram"da izləyin